Layihə: Peşəkar mətbəx avadanlıqlarının təchizatı və quraşdırılması
Məkan: Lankaran Springs and Wellness Resort, Lənkəran
Azərbaycanın cənub bölgəsində yerləşən və sağlamlıq turizmi sahəsində öz dəsti-xətti ilə seçilən Lankaran Springs and Wellness Resort üçün peşəkar mətbəx avadanlıqlarının təchizatı və quraşdırılması layihəsini uğurla həyata keçirdik.
Bu layihə çərçivəsində:
Müasir texnologiyalara əsaslanan, uzunmüddətli və intensiv istifadəyə davamlı avadanlıqlar təmin olundu
Otelin sağlam qidalanma və keyfiyyətli xidmət prinsiplərinə uyğun olaraq xüsusi avadanlıq seçimi edildi
Quraşdırma zamanı yüksək gigiyena standartları və ergonomik iş axını nəzərə alındı
Lankaran Springs and Wellness Resort ilə əməkdaşlığımız, regional turizm obyektləri üçün təqdim etdiyimiz peşəkar və etibarlı həllərin bir nümunəsidir. Bu layihə ilə daha bir prestijli otelin kulinariya imkanlarını yeni bir səviyyəyə daşımaqdan qürur duyuruq.
Peşəkar mətbəx həlləri ilə xidmət keyfiyyətinə dəyər qatırıq.