• Yardım lazımdır? Bizə zəng edin:
  • 🌐

6-cı “Yerli şirkətlərin tanıtım sərgisi”nin iştirakçıları ilə görüş baş tutub.

126 gün əvvəl
news

6-cı “Yerli şirkətlərin tanıtım sərgisi”nin iştirakçıları ilə görüş baş tutub.


Mayın 6-sı keçirilən görüş çərçivəsində qida, İKT, təhsil, inşaat, sənaye, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən yerli şirkətlərin rəhbərləri fəaliyyətləri ilə bağlı təqdimat edərək sərgi haqqında müzakirələr aparıblar. Görüş zamanı əsasən sərgi ilə bağlı vacib texniki məsələlər və şərtlər müzakirə olunub, sahibkarların sualları cavablandırılıb.


Qeyd edək ki, 300-ə yaxın yerli şirkətin iştirakı ilə 18-21 iyun tarixlərində “Bakı Ekspo Mərkəzi”ndə keçiriləcək sərginin əsas məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətini geniş auditoriyaya tanıtmaq, onlar üçün yeni bazarlar açmaq və şirkətlərarasında qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdir.



Platinium-17 şirkəti də bu məqsədlərə töhfə vermək və öz fəaliyyətini təqdim etmək üçün görüşdə iştirak edib.

news
Platinium-17
Tədbirlər
Share This: